Liviyadan Türkiyəyə ikinci kruiz gəmisi gəlib

325

Liviyadan 25 illik fasilədən sonra yenidən başlayan kruiz gəmisi xidmətləri çərçivəsində Misrata şəhərindən yola düşən ikinci gəmi İzmir limanına çatıb.

Seanews.az xəbər verir ki, “Karanfil Group”, “Kevalay Tourism” və “Libyan Iron and Steel Company” (LISCO) ortaqlığı ilə başladılan səfər çərçivəsində gələn “Kevalay Queen” gəmisində 200 sərnişin olub.

Şəhərə gələn sərnişinlərin ticarəti canlandıracağı, İzmir və ətraf şəhərlərə turistik və ticarət səfərləri edəcəyi gözlənilir.

Bir həftəlik səfərdən sonra gəmi bazar günü axşam Liviyaya qayıdacaq. Bildirilib ki, geri dönüş səfərində Türkiyədən  40 iş adamı da iştirak edəcək.

Ayın əvvəlindən başlayan səfərlərə marağın yüksək olduğu bildirilib.

İki həftə əvvəl Liviyadan Türkiyəyə gələn ilk gəmi 3 milyon dollarlıq tekstil, qida, tibbi cihaz, ehtiyat hissələri, ağır texnika, mebel, elektrik-elektron alətlər və mətbəx avadanlıqları ilə Türkiyədən Liviyaya gedib.