Avstraliya, İtaliya və ABŞ alimlərinin əməyi ilə istehsal olunan robot balıq Avstraliya sularında invaziv balıqları qorxudur və yaxşı növlərin qorunmasını təmin edir.
Tədqiqatçıların hazırladıqları robot balıqların sudakı biomüxtəlifliyi qoruyaraq invaziv balıqların çoxalmasının qarşısını aldığı açıqlanıb.
Suya buraxılan robotların yaratdığı qorxu və stressin təsiri ilə davranışı və fiziologiyası dəyişən Hambuziyaların (Gambusia affinis) aqressivlikləri ilə yanaşı məhsuldarlıqlarını da azaldır. Bu yolla onların təsirindən xilas edilən balıq və digər canlıların həyatda qalması təmin edilir.
Layihəyə rəhbərlik edən alim Covanni Polverino bildirib ki, vətəni ABŞ-ın cənubunda olan Hambuziya bütün dünyada şirin su balıqlarını və yaxşı növləri təhdid edən 100 ən pis invaziv növdən biridir.
Ağcaqanad balığı kimi tanınan Gambusia balıqlarının təxminən 100 il əvvəl ağcaqanadlarla mübarizə aparmaq üçün Avstraliyaya gətirildiyi məlumdur. Bununla belə, o, Avstraliyanın şirin su canlılarını təhdid edən ən təhlükəli növlərdəndir.
Mənbə: Haberler.com