Bu şirkətlər işçi yığır: əmək haqqı 400-800-1200 manat – 14 VAKANSİYA

302

VAKANSİYA 1

Referans CLC

Anbardar

Son tarix 22 yan 2022 

İş barədə məlumat:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılmaq;
  • Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
  • Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
  • Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanmasını icra etmək.
  • İş qrafiki: I-VI günlər saat 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Təhsil : Ali 
  • Komandada işləmək və ünsiyyət bacarığı
  • Ofis proqramlarında işləmək bacarığı
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Yaş : 25 – 50
  • Cins : Kişi
  • Anbarın idarəedilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək
  • Diqqətlilik və məsuliyyətlilik.
  • Əmək haqqı 500 azn

CV-lərini  “Anbardar”  başlığından istifadə edərək göndərilməsi tələb olunur ([email protected]).

VAKANSİYA 2

AzRe Reinsurance Company

Anderraytinq və Təkrarsığorta Departamentinin Kiçik Mütəxəssisi

Son tarix 22 yan 2022 

Namizədə tələblər:

  • Yaş: 20-30;
  • Təhsil: İqtisadi/biznesin idarə olunması ixtisasları üzrə ali təhsil arzu olunandır;
  • İş təcrübəsi: Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst  yazı və şifahi danışıq bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.

Şəxsi keyfiyyətlər:

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Riyazi düşünmə;
  • Konfidensiallığa riayət etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
  • İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
  • Müştərilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
  • Müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təklif etməsinə köməklik etmək;
  • Təkrarsığorta şərtləri haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta və təkrarsığorta müqavilələrinin layihələrinin hazırlanması;
  • Mövcud müştərilərlə təkrarsığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Departamentə daxil olan sənədlərin qeydiyyatını aparmaq və göndərilməsini təşkil etmək;
  • Müştərilər haqqında informasiyanı məlumat bazasına daxil etmək;
  • Təkrarsığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak etmək;
  • Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanmaq və rəhbərliyə təqdim etmək;
  • Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi;
  • Şirkətin müvafiq strukturlarına tələb olunan formada hesabatlarını təqdim etmək;
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır;
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əmək haqqı: 

  • Sabit əmək haqqı ilk 3 ay sınaq müddəti ərzində 400-500 AZN (müsahibə əsnasında);
  • Sınaq müddətindən sonra 600-700 AZN;

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər ([email protected]).

Məlumatlandırıcı qeydlər: Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza .

VAKANSİYA 3

Gens Elektrik

Maliyyət-analitik, Mühasib

Son tarix 22 yan 2022 – [email protected]

İş haqqında məlumat:

  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
  • Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
  • Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
  • Smetanı hesablamaq;
  • Əmək haqqı ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
  • Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
  • Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • DSMF, Vergi, Statistika hesabatları, həmçinin məşğulluq hesabatlarının hazırlanması;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək;
  • İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalar;
  • Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
  • Xərclərin və gəlirlərin kassa kitabında uçotunu təşkil etmək;
  • İllik xərclərinin smetasının hazırlanması və onların analizi.
  • Ali təhsil : Maliyyə və Mühasibatlıq sahəsində
  • Dil bilikləri: Azərbaycan (yaxşı), Rus (oxu və yazı yaxşı) 
  • Excel tədbiqi üzrə yüksək biliyə malik olmalı
  • Məlumat bazasının təhili
  • Təsərrüfat əməliyyatlarını 1C proqramında təhlil etmə bacarığı
  • Təhlil zamanı problemləri həll etmə bacarığı
  • Məntiqi  düşünmə bacarığı
  • Düzgünlük və dəqiqlik

Namizədə olan tələblər:

  • İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını bilməli;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
  • Məlumat bazasında mubadilə zamanı yaranmış səhvlərin aşkarlanması və təhlili
  • Programist ücün texniki tapşırıqların hazırlanması və TP-ın tədbiqinə nəzarət

İş şərtləri:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü Bazar ertəsi – Şənbə
  • Bazar günü istirahət
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Əmək haqqı 1000 – 1200 AZN 
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185

VAKANSİYA 4

Spark

Mühasib

 Son tarix 30 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
  • Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
  • E-Qaimə-nin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi hesabatlarının hazırlanmasına malik olmalı
  • Vergi və muhasibat uçotunun aparılması
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • Mühasibatlıq və Vergi Məcəlləsi bilikləri;
  • Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı); Uyumsoft ERP proqramında işləmək bacarığı olanlara üstünlük veriləcəkdir.
  • ACCA F3 olması arzuolunandır.
  • Stressə davamlı, dəqiq, məsuliyyətli
  • İş təcrübəsi min.2 il;
  • Yaş həddi: 23-30;

İş yeri: Bakı şəh., Nərimanov ray., İsaqzadə qəs., 10-cu köndələn
İş qrafiki: I-V günlər

İş saatı: 09:00-dan 18:00-a qədər.

Əmək haqqı: 800-1000 azn (namizəddən asılı olaraq)

Tələblərə cavab verən  namizədlərdən  mövzu başlığına “Mühasib” adını qeyd edərək 30.12.2021-ci il tarixədək CV-ni göndərməkləri xahiş olunur ([email protected]). 

VAKANSİYA 5

Solamedical MMC

Marketinq üzrə mütəxəssis

 Son tarix 22 yan 2022 

Tələblər:

  • Yaş: 20-35;
  • Təhsil: Ali tibb təhsili;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yaradıcı qabiliyyətə malik olmaq;

Vəzifə öhdəlikləri:

  • Öncədən təyin olunmuş həkim ziyarətlərinin həyata keçirilməsi;
  • Təyin olunmuş vaxtda həkimlərə müvafiq tibbi informasiyalar üzrə təqdimatların hazırlanması;
  • Müəyyən konfransların təşkilində iştirak edilməsi;
  • Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
  • Marketinq planlarının, kompaniya nəticələrinin və layihə tövsiyələrinin inkişaf etdirilməsi və rəhbərliyə hesabat verilməsi;
  • Görülən işlər barədə mütəmadi olaraq hesabatların hazırlanması;

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN (gross)
  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: Tam iş günü

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Marketinq üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur ([email protected])

VAKANSİYA 6

Nurgun Holding

Anbardar

 Son tarix 22 yan 2022 – [email protected]

İş haqqında: 

  • anbara daxil olan malların qəbulu, qeydiyyatı və yerbəyer edilməsi
  • anbardan mal çıxışına nəzarət
  • malların düzgün və tam şəkildə olmasını yoxlamaq və yerləşdirmək

Tələblər:

  • təhsil :ali
  • iş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • cinsi: kişi
  • yaş həddi: 25-40
  • kompüterdə sərbəst işləmək bacarığı ( Excel, Word)
  • təhlil aparmağı bacarmaq
  • inkişafa meylli
  • ciddi, məsuliyyətli, dəqiq

VAKANSİYA 7

Baku Business Consulting

Kiçik mühasib

Son tarix 22 yan 2022 

Vəzifə öhdəliyi:

  • Qaimələrin hazırlanması; 
  • Gündəlik cari ödənişlərin edilməsi;
  • Əmək haqların hesablanması və ödənişlərin icra edilməsi;
  • Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qrup rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • 1C (8.3) proqramında işləmə bacarığı;
  • MS Office proqramları (Excell, Word, Outlook) üzrə istifadə biliyi; 
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • Məsuliyyətli;
  • Ünsiyyətcil;
  • Dəqiqlik;
  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil; 
  • Vəzifə üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Komandada işləmə bacarığı;
  • Dürüstlük;
  • Yeniliklərə açıq olmaq.

Biz Sizə nə təklif edirik:

  • Peşəkar və  mehriban komandada iş;
  • Əmək haqqı 400-500 AZN 
  • İş qrafiki: 6 günlük

CV-lərinizi elektron ünvanına “Kiçik mühasib” başlığı altında göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 8

City Finance BOKT

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis

Son tarix 22 yan 2022 

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali və ya orta təhsil
  • Yüksək təhlil bacarığı
  • Sürücülük vəsiqəsinin olması
  • Avtomobil idarəetmə bacarığının olması
  • Qiymətləndirmə və ya avtomobil sahəsində minimum 3 il iş təcrübəsi
  • Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliklərinin olması

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis nə iş görür?

  • Avtomobillərə vizual baxışın keçilməsi
  • Fotogörüntü qeydlərinin aparılması
  • Qiymətləndirmə üçün lazım olan sənədlərin araşdırılıb, təhlil edilməsi, çatışmayan sənəd olduqda müştəridən tələb edilməsi
  • Avtomobillərin dəyərinin müəyyən olunması üçün uyğun metodun təyin edilməsi 
  • Satışda olan avtomobillərin xüsusiyyətləri (növü, istehsal ili, motorun gücü, texniki vəziyyəti və imkanları, yürüşü, rəngi və s.) haqqında məlumatlı olub, bu göstəricilərə əsasən onların bazar və likvid dəyərinin təyin edilməsi
  • Qiymətləndirməyə dair hesabat layihəsinin hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı: Sabit əmək haqqı + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected]).

VAKANSİYA 9

Leobank

Zənglərin qəbulu üzrə operator

 Son tarix 22 yan 2022 

Tapşırıqlar:

  • Daxil olan zəngləri cavablandırmaq;  
  • Tez bir zamanda müştərinin problemlərini həll etmək; 
  • Söhbəti dəstəkləyərək problemin mənbəyini araşdırmaq; 
  • Uzaqdan (distant) xidmətin aparılması üçün müştərinin təlimləndirilməsi. 

 Tələblər: 

  • Ali təhsil ; 
  • Azərbaycan və rus dillərində sərbsət ünsiyyət qurma bacarığı, ingilis dili arzu olunandır; 
  • Komputerdə sürətli mətn yazma bacarığı- 160 söz/san; 
  • Çox sayda tapşırıqlarla bacarığı;  
  • Yüksək səviyyədə ünsiyyət qurma, analitik düşünmə bacarığı və müştəriyönümlülük.

Biz təklif edirik:  

  • Yeni, innovative layihədə qazanmaq fürsəti; 
  • Karyera və peşəkar inkişaf – şirkətimiz daxilində işçiləri inkişaf etdirməyə çalışırıq, buna görə vəzifənizdə peşəkarlıq əldə etdikdə karyera imkanı üçün şərait yaradılacaqdır;
  • 3 həftəlik intensiv təlim proqramı; 
  • İş qrafiki  – 2/2 (gündüz və gecə növbələri); 
  • Yeni müasir, rahat ofis; 
  • Gəlir bazarın üstündədir; 
  • Rəsmi qeydiyyat, sabit əmək haqqı .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilər (mövzu hissəsində Zənglərin qəbulu üzrə operator qeyd etməyiniz xahiş olunur).

Задачи: 

  • Отвечать на вопросы клиентов в мессенджерах и по телефону; 
  • Решать проблемы клиента с первого обращения; 
  • Готовность поддержать разговор на любую тему; 
  • Обучение клиента дистанционному обслуживанию  

Требования: 

  • Высшее образование;
  • Грамотная азербайджанская и русская речь;  
  • Скорость печати текста от 160 слов/мин; 
  • Умение работать в режиме многозадачности; 
  • Личные качества: огромное желание помогать людям, чувство юмора, жизнерадостность, коммуникабельность, быстрая обучаемость.

Мы предлагаем:  

  • Возможность получить опыт в команде, которая умеет делать удобный, качественный и инновационный fintech-продукт; 
  • Карьерный и профессиональный рост – мы стараемся растить сотрудников внутри нашей компании, поэтому, когда достигните профессионализма в своей должности, мы с радостью предложим вам позицию выше; 
  • Обучение в режиме “полного погружения” – 21 дней; 
  • График работы – 2/2(дневные и  ночные смены);  
  • Новый, современный, комфортный офис; 
  • Доход  выше рынка; 
  • Официальное оформление, стабильная зарплата.

Кандидаты, отвечающие вышеуказанным требования, могут отправить свои резюме (просьба указать Оператор входящей линии в теме письма) ([email protected]).

VAKANSİYA 10

Irshad Electronics

Satış təmsilçisi (Bakı, Sumqayıt)

Son tarix 22 yan 2022 

Vəzifə və öhdəliklər:

  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; 
  • Ali təhsilə üstünlük verilir;
  • Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;

Tələblər:

  • Yaş: 23-29 arası;
  • Cinsi: kişi;
  • Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
  • Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır ([email protected]).

VAKANSİYA 11

Baş mühasib

Son tarix 22 yan 2022 

İş haqqında məlumat:

  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; 
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Namizədə olan tələblər:

  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim etmək;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi;
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
  • ƏDV ilə işləmə bacarığı;
  • Bəyannamələrin hazırlanması və göndərilməsi;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
  • 1C 8.3 proqram təminatında işləmək bacarığı.

İş şəraiti:

  • 6 günlük iş rejimi;
  • İş yeri: Zirə qəsəbəsi (Aqrar sahə);
  • Korporativ telefon nömrəsi verilir;
  • Nahar yeməyi təmin edilir;
  • Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini göndərə bilərlər. 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq ([email protected]).

VAKANSİYA 12

Nargis Publishing House

Marketing Specialist

 Son tarix 22 yan 2022 

Job responsibilities:

  • Negotiation skills 
  • Working with database of existing clients,and attracting new customers
  • Business project planning and budgeting and monthly collateral plan
  • Run ads in magazine, website, and social media
  • Preparation of presentation materials for clients

Requirements:

  • Knowledge of general marketing principles
  • SMM, PR and advertising skills
  • Russian, Azerbaijani and English language skills
  • Confident MS Office user (Word, Excel, Power Point)
  • Analytical and communicative skills, presentable appearance
  • High education in business or related fields
  • Experience in marketing/product management from 1-3 years
  • Stress resistance, responsibility, commitment, ability to work in a team
  • Ability to work efficiently in flexible graphics
  • Understanding the work specifics of the fashion and lifestyle magazine

If you meet the above requirements, please send your CV to the  with the subject Marketing Specialist. ([email protected])

Deadline for application: 22 January 2022 

VAKANSİYA 13

Purple Cake

Marketing Meneceri

Son tarix 22 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması; 
  • Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
  • Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
  • Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
  • Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğunluğunun təmin edilməsi;
  • Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
  • Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası; 
  • Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;  
  • Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanması və təhvil verilməsinin təmin edilməsi;
  • Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.

Tələblər:

  • Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili 
  • İş təcrübəsi: Marketinq üzrə ən az 3 il
  • Xarici dil bilikləri:  Rus və İngilis dili 
  • Kompüter bilikləri: MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər

Digər:

  • SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
  • İnternet səhifələrinin analitikası alətləri üzrə bilik və təcrübə;
  • Bazar təhlili yanaşmaları və alətləri haqqında biliklər;
  • Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər;
  • Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə.

Müraciət edin:

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Marketing meneceri” yazaraq göndərə bilərlər ([email protected]).

VAKANSİYA 14

Azertexnolayn

Maliyyə analitiki

 Son tarix 22 yan 2022 

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Cari xərclərin yoxlanılması və təsdiq olunması;
  • Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
  • Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
  • Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
  • Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
  • Malların marjinallığının hesablanması və təhlil edilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il 
  • Təhsili/ixtisası: İqtisadiyyat üzrə ali təhsil
  • Təlim və kurslar: ACCA sertifikatları
  • Bacarıqlar: MS office (excel yüksək səviyyədə), Logo proqramı
  • Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Maliyyə şöbəsi
  • İş rejimi: 5 günlük  (09:00 – 18:00)
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Maliyyə analitiki” başlığı altında ünvanına göndərmələri xahiş olunur ([email protected])

fed.az