“SW Shipping” şirkəti beynəlxalq konteyner daşımaları bazarına çıxmaq istəyir

544

Cənubi Koreyanın balkerlərlə yükdaşıma üzrə ixtisaslaşan  “SW Shipping” şirkəti  gələn il beynəlxalq konteyner daşımaları bazarına çıxmaq, 2023-cü ildə isə Uzaq Şərq limanlarına marşrutlar açmaq istəyir.

“Seanews.az” xəbər verir ki, “SW Shipping” gələn ilin iyununda Donghae limanından Hoşimin şəhərinə, bir ildən sonra isə Rusiyanın Vostoçnı və Vanino limanlarına xidmətə başlamaq niyyətindədir.

 “SW Shipping”  bu əməliyyatlarda bir neçə illik təcrübənin ona 2030-cu ilə qədər trans-Sakit okean bazarına çıxmağa imkan verəcəyini düşünür.

Hədəfinə nail olmaq üçün “SW Shipping”  şirkəti “Korea Ocean Business Corp”-un dəstəyi ilə dörd min konteyner almağı planlaşdırır. Kanvondo əyalətindən və Seul bölgəsindən yüklərin cəlb ediləcəyinə ümid bəsləyir.   

Qeyd edək ki, Cənubi Koreyanın Vyetnama ixrac etdiyi təxminən 600.000 TEU-nun 70%-i bu iki bölgənin payına düşür.  Donghae limanından keçən marşrut, Pusan vasitəsilə çatdırılma ilə müqayisədə daxili logistikaya 20%-ə qədər qənaətə imkan verəcək.