Yunanıstan sahillərində qayıq qəzasında ölən miqrantların sayı 13-ə çatıb

461

Yunanıstanın Paros adası yaxınlığında ölən miqrantların sayı 13 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü “Proto Topic” qəzeti xilasedicilərə istinadən xəbər verir.

Məlumata görə, daha 63 nəfər isə xilas edilib.

“Azı 13 ölü və 63 nəfər xilas edilib – bu, cümə günü axşam saatlarında Paros yaxınlığında baş vermiş yeni qayıq qəzası ilə bağlı hazırkı məlumatdır, naməlum səbəblərdən göyərtəsində 80 nəfərin olduğu yelkənli gəmi çevrilərək batdı”, – qəzet qeyd edib.

Afina Makedoniya Xəbər Agentliyi (AMNA) cümə günü bildirib ki, Paros sahillərində yelkənli qayıqdan 57 miqrant xilas edilib və iki meyit tapılıb.

Bu, son bir gündə Yunanıstan hakimiyyətinin qeyri-qanuni miqrantların böyük qrupları ilə üzləşdiyi üçüncü hadisədir.

01:23
Yunanıstanın sahil mühafizəsi Paros adası yaxınlığında 57 miqrantı xilas edib.

“Report” xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat yayıb.

Bundan əlavə, sahildə iki miqrantın meyiti aşkarlanıb.

Batmış yelkənli gəmidə olan daha 21 nəfərin axtarışı davam edir. Ümumilikdə qayıqda 80-ə yaxın miqrant olub.

Axtarışda doqquz gəmi, bir helikopter, C-130 təyyarəsi və dalğıclar iştirak edir.

Dekabrın 24-də Yunanıstanın Peloponnes yarımadasında polis 92 qanunsuz miqrantı saxlayıb.