Liviya sahillərində 27 miqrantın meyiti tapılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Homsdakı bölməsi bəyanat yayıb.
Alus bölgəsindəki sahildə aşkarlanan qayıqda 3 nəfər sağ çıxarılıb. Xilas edilən miqrantlara tibbi yardım göstərilib.
Digər sağ qalanların axtarışları davam edir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il dəniz yolu ilə Avropaya çatmağa çalışan 2 minə yaxın miqrant dünyasını dəyişib.