Aralıq dənizində iki dəfə zəlzələ olub.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib. Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:15-də 4,9 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Aralıq dənizində yerləşib.
Zəlzələ ocağı 21,6 kilometr dərinlikdə yerləşib.
Bu zəlzələdən təxminən 4 saat sonra bölgədə 5,5 bal gücündə ikinci zəlzələ baş verib. Yeraltı təkanların episentri Yunanıstanda yerləşib. Zəlzələ ocağı 35,1 kilometr dərinlikdə yerləşib.