“ASCO Mühafizə” MMC-nin əməkdaşı Samir Abbasov Vətən müharibəsi başlayanda çox götür-qoy etməyib. İdmançı olduğu üçün belə günlərdə Vətənə daha faydalı ola biləcəyini düşünüb. Sentyabrın 29-da Ordu sıralarına qatılıb.
O, Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Savaşın odundan-alovundan keçən həmkarımız bizimlə cəbhə təəssüratlarını bölüşüb.Samir deyir ki, müharibədə heç nə asan qazanılmır. Amma irəli getdikcə çətinlikləri daha az hiss edirsən. Qələbə qoxusunu hiss edəndə isə dayanmaq istəmirsən.