Konteyner gəmisi körpünü əzib

91

Tayvanın Tayçunq limanında “Asiatic Lloyd” şirkətinə məxsus “Asiatic Sun”  konteyner gəmisi körpüyə dəyib.

“Seanews.az”, “Splash”-a istinadən xəbər verir ki, hadisəyə avadanlığın sıradan çıxması səbəb olub.

Gəminin burnu və yan almaq istədiyi körpü əhəmiyyətli dərəcədə – 5-7 metr zədələnib.

Ölən və yaralanan yoxdur.

1 min TEU tutumlu “Asiatic Sun” konteyner gəmisi 13 il əvvəl inşa edilib.

Sinqapur bayrağı altında üzən gəmi hazırda Tayçunq limanında dayanıb və dəyən ziyan hesablanır.