Övladı şəhidlik zirvəsinə ucalan ASCO əməkdaşları evlərində ziyarət olunublar

95

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Vətən müharibəsində övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları evlərində ziyarət ediblər.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığı vurğulanıb, onlar haqqında xoş təəssüratlar bölüşülüb. Bildirilib ki,  dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.

ASCO əməkdaşları ziyarət zamanı şəhid ailələrinin gündəlik qayğıları ilə də maraqlanıblar. Həmçinin, onlara ASCO ailəsi adından bayram sovqatı təqdim ediblər.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ASCO şəhid ailələri, müharibə veteranları və iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılmasını və digər sosial problemlərinin həllini daim diqqətə saxlayır. Şirkət Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu kateqoriyadan olanlara yönəlik müxtəlif tədbirlər və layihələr həyata keçirir.