Timor-Leste Liman İdarəsi 6716 seriyalı yeni “RoPax” yük-sərnişin gəmi-bərəsini qəbul edib. Çinin Yichang şəhərindəki “Damen” gəmiqayırma zavodunda inşa edilən bərənin layihə və dizaynını da “Damen”in baş ofisi hazırlayıb.
“Seanews.az”-ın əldə etdiyi məlumata görə, bərə Şərqi Timorun 1,3 milyon nəfər əhalisi olan paytaxtı Diliyə çatdıqdan sonra gəminin gələcək heyəti üçün təlim proqramı başlanıb. Yeni gəmi köhnə bərənin əvvəllər fəaliyyət göstərdiyi marşruta xidmət edəcək:ölkənin paytaxtı Dili, Okusse anklavı və Atauro adası arasında müntəzəm sərnişin, avtomobil və yük daşınmasını təmin edəcək.
Gəminin tikintisi layihəsi Şərqi Timor Respublikası və Almaniya hökuməti tərəfindən birgə maliyyələşdirilib. Bunun şərəfinə bərəyə Almaniyanın paytaxtının və Timor-Lestedəki ən yüksək dağın adı verilib:“Berlin-Ramelau”.
Yük-sərnişin bərəsinin uzunluğu 67,3 metr, eni 16 metr, suya oturumu 3,3 metr və hündürlüyü 4,8 metrdir. Maksimum sürəti 10 düyün olan gəmi-bərə hər səfərdə göyərtəsinə 380 sərnişin götürəcək.