2021-ci ilin 11 ayı ərzində Aralıq dənizində Avropaya gedən 2,5 mindən çox miqrant ölüb və ya itkin düşüb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığı məlumat verib.
Miqrantların başlıca olaraq Afrika ölkələrini təmsil etdikləri bildirilib.
Komissarlığın Yunanıstandakı nümayəndəsi Maria-Clara Martin qeyd edib ki, ümidsizlik miqrantları öz həyatlarını insan qaçaqmalçılarına həvalə etmək məcburiyyətində qoyur. O, beynəlxalq ictimaiyyəti miqrantları Avropaya daşıyan qaçaqmalçılarla mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.
Mənbə: news.ru