Türkiyə sahillərində miqrant qayığı batıb, ölənlər var

381

Türkiyənin Urla rayonunda, Sığacık körfəzi sahillərində, quruya yaxın ərazidə içərisində 26 miqrantın olduğu qayıq batıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi saytı açıqlama yayıb.

Məlumata görə, üzərək sahilə çıxan 2 miqrant Sahil Mühafizə Komandanlığına məlumat verərək kömək istəyib. Bundan sonra ərziyə sahil mühafizə təyyarəsi, helikopter, 2 kater və dalğıc qrupu göndərilib. Sahil Mühafizəsi Xidməti əməkdaşlarının səyləri nəticəsində miqrantlar xilas ediliblər.

DHA-nın xəbərinə görə, ümumilikdə 24 miqrant salamat xilas edilib, 2 nəfərin meyiti tapılıb. Həyatını itirən miqrantın meyitləri Səfərihisar Dövlət Xəstəxanasına aparılıb.

Xilas edilən miqrantların sağlamlıqları müayinə edildikdən sonra onlar Miqrasiya İdarəsinə göndəriliblər.