31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

688

Azərbaycanda  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün  təsis edilməsi   ölkəmizlə bağlı  gerçəklərin dünya  ictimaiyyətinin  diqqətinə çatdırılması işində    əhəmiyyətli rol oynayır.  

Bu gün  müstəqil  Azərbaycan bütün Dünya Azərbaycanlıları üçün  əsl iftixar və qürur mənbəyinə çevrilmişdir. Heç kəsə sirr deyildir ki,  suveren Azərbaycan dövlətinin  nüfuzu  qlobal dünya məkanında  gündən- günə sürətlə artmaqdadır.

Hal-hazırda    31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, təkcə Azərbaycanda  deyil,  dünyanın 70-dən çox ölkəsində  azərbaycanlılar tərəfindən qeyd olunur.

Azərbaycanlılar əsrlər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasının  inkişafına  böyük   töhfələr vermiş,  həmçinin  dünya sivil mədəniyyətinin formalaşmasında  xüsusi  xidmətlər göstərmişlər.

Lakin bütün bunlara baxmayaraq,    zaman – zaman  Azərbaycan ərazilərində aparılan  işğalçı  və dağıdıcı  müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, bir qism  azərbaycanlılar  öz yurd-yuvalarından didərgin  salınmış, deportasiyalara məruz qalmış, bir- birindən ayrı düşmüşdür.

Ona  görə də, bu gün  həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha da  məqsədyönlü və  mütəşəkkil   formada  bir- biri ilə  həmrəy və həmfikir olmaları   çox vacibdir.

Həmrəylik günü milli birlik, Azərbaycana  sevgi , milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə  əks  etdirir, özündə  cəmləşdirir.

Hazırda dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal mövqe nümayiş etdirir, dünyanın aparıcı dövlətlərinin  respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi səy göstərir, əsl həmrəylik nümunəsi göstərir, o cümlədən  Azərbaycan  həqiqətlərinin dünya ictimaiyyətinə daha düzgün şəkildə  çatdırılmasında,  həmçinin  müəyyən hallarda yarana biləcək    münaqişə və təxribatlarının qarşısının alınmasında  əzmkarlıq və   qətiyyətlilik nümayiş  etdirirlər.

Onlar Azərbaycan dövlətinin daxili və xarıci siyasətinə güvənərək,  fəaliyyət göstərdikləri  təşkilat  və qurumlarla səmərəli əməkdaşlıq  qurur, bu  aspektə bağlı olan  müəyyən tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixinin  daha da zənginləşməsinə,  möhhkəmlənməsinə  və nəsildən-nəsilə ötürülməsinə xüsusi səy və maraq   göstərirlər.

Təbii ki,   bu uğurlu və vacib missiyanın həyata keçirilməsində  ölkədən kənarda fəaliyyət göstərən Azərbaycanlı dənizçilərinin   də  payı vardır. Azəbyaycandan uzaqlardan  çalışan, lakin  bütün varlıqları ilə Azərbaycana bağlı olan, qəlbi Azərbaycan eşqi ilə döyünən Azərbaycanlı  dənizçilər bu məsuliiyəti daim dərindən dərk etmiş,  Dünya Azərbaycanlıların  həmrəyliyini   alqışlamışlar.

Odur  ki,  mən  də   fürsətdən istifadə edərək, ölkəmizdən kənarda fəaliyyət  göstərən Azərbaycan dənizçiləri adından, soydaşlarımızı  Dunya  azərbaycanlılarının  Həmrəylik  Günü və  Yeni İl bayramları  münasibəti ilə  təbrik edirəm.

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz  və Yeni İliniz  mübarək!    

Hörmətlə: Uzaq səfərlər kapitanı  Nazim Həbibov