SOCAR-da maaşlar artırıldı – Rövnəq Abdullayev əmr imzalayıb

465

SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.

FED.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.

Əmrə əsasən,  SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib. 

Qərara əsasən, 1 yanvar 2022-ci ildən Dövlət Neft Şirkətində işçilərin tarif (vəzifə) maaşları 20 faiz artırılır.