“Ağdam” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

405

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Ağdam” gəmi-bərəsi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri Zavodunda aparılan işlər qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri (nasoslar), separatorları təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, elektrik   quraşdırma və  avtomatika  işləri görülüb.

Eyni zamanda, gəminin baş göyərtəsi, maşın şöbəsində mexanizmləri,  sualtı və suüstü hissələri obraziv qumla tam təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərun yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Dəniz sınaq yoxlamasından  uğurla çıxan “Ağdam” yenidən istismara qaytarılıb.

asco.az