Türkiyə Qara dənizdə yeni yataqlar kəşf etdiyini açıqlayıb

424

Qara dənizdə əvvəllər kəşf olunmamış ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir.

Trend-in məlumatına görə, bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, Qara dənizin dibindən gələn qazın 2023-cü ilin birinci rübündə Türkiyədəki istifadəçilərə çatması gözlənilir:

“Qara dənizdə Sakarya yatağına bitişik ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir. Ümid edirəm ki, 2022-ci ildə xalqa daha bir şad xəbəri çatdıra bilərik”.

Qeyd edək ki, “Fatih” qazma gəmisi indiyədək Qara dənizdə 540 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib.