Köhnə gəmilər üçün təkrar emal xidmətlərinə tələbat nəzərəçarpacaq dərəcədə azalıb

203

Yeni il ərəfəsində bütün növ köhnə gəmilər üçün təkrar emal xidmətlərinə tələbat nəzərəçarpacaq dərəcədə azalıb. Ekspertləri hesab edirlər ki, uzunmüddətli perspektivdə bu tendensiyanın güclənməsi gəmiqayıranlar üçün yeni sifarişlərin artım tempinə mənfi təsir göstərə bilər.

“Seanews.az” “Korabel.ru” -ya istinadən xəbər verir ki,  cari ilin noyabr ayı ilə müqayisədə doğranmağa verilən gəmilərin sayının ümumilikdə azalması və dünyada poladın qiymətlərinin aşağı düşməsi ilə əlaqədar olaraq, köhnə donanmaların sərəncamında ixtisaslaşan müəssisələr demək olar ki, bütün regionlarda öz xidmətlərinin qiymətlərini aşağı salmağa məcbur olublar.

Bunu, köhnə gəmilərin alınması bazarında aparıcı oyunçulardan biri olan Amerikanın “GMS” şirkətinin məlumatları da sübut edir.

Cari ilin dekabr-noyabr aylarında gəmilərin təkrar emalı bazarındaqiymətlərinin dinamikası

Ölkələr       Balkerlər    Tankerlər   Konteynerdaşıyanlar

Banqladeş 590 (-10)    600 (-10)    610 (-10)

Pakistan    580 (-10)    590 (-10)    600 (-10)

Hindistan   550 (-30)    560 (-30)    570 (-30)

Türkiyə      330 (+30)   340 (+30)   350 (+30)

Türkiyə istisnalıq təşkil edir, burada nəzərdən keçirilən dövr ərzində bütün əsas növ gəmilərin doğranmasının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Qeyd edək ki, milli valyutanın ABŞ dolları qarşısında ilin əvvəlindən bəri ən aşağı səviyyəsinə endiyi şəraitdə türk müəssisələri qiymətləri qaldıra biliblər.

Maraqlıdır ki, oxşar mövqedə olan pakistanlı gəmi doğrayanlar (burada yerli rupi də dollara nisbətdə ucuzlaşdı) Banqladeşdəki həmkarları kimi tarifləri aşağı salmağa məcbur olublar.

Noyabr ayı ilə müqayisədə qiymətlərin maksimum (bir ton təmiz metal üçün 30 dollar) enməsi Hindistanda qeydə alınıb, burada (Alanq kəndi) son vaxtlar doğranmağa gətirilən sərnişin laynerlərinin əhəmiyyətli axını baş verib.

Eyni zamanda, 2021-ci ilin əvvəlindən doğradıqları gəmilərin sayına görə ilk üçlük dəyişməz qalıb: birinci yerdə Banqladeş Respublikası, ikinci yerdə Hindistan və üçüncü yerdə Pakistan gəlir.