Britaniyaya 2021-ci ildə rekord sayda qanunsuz miqrant gəlib

367

2021-ci ildə Böyük Britaniyaya 28 mindən çox qanunsuz miqrant gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı statistikada deyilir.

Qeyd edilir ki, bu, ölkə üçün rekord göstəricidir.

2020-ci ildə krallığa La-Manş boğazı vasitəsilə 8 417 nəfər daxil olub. İl ərzində sığınacaq axtaranların sayı üç dəfədən çox artaraq 28 395-ə çatıb.

Qanunsuz miqrantların ən böyük axını noyabr ayında qeydə alınıb (7 min nəfər).

Böyük Britaniya və Fransa qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsini dəfələrlə bəyan etsələr də, indiyədək problemin öhdəsindən gələ bilməyiblər.