Haitidə 30 min sakin üçün yeni üzən şəhər layihəsi maraqla qarşılanıb

365

Haitidə təbii fəlakətlər nəticəsində milyonlarla sakin evsiz qalib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu baxımdan bu ada ölkəsinin 30 min sakini üçün memar E.Kevin Şopferin yeni üzən şəhər layihəsi maraqla qarşılanıb.

Diametri 3 kilometr olan kompleks xətti kanallar sistemi ilə bir-birinə bağlanmış üzən modullar şəklində dörd blokdan ibarətdir.

Zəlzələlərə və qasırğalara tab gətirə bilən şəhər lazım gəldikdə genişləndirilə bilər.