“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin yerli nümayəndəliyi yaradılıb

251

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti “Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin yerli nümayəndəliyini dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, nümayəndəlik Rusiyanın “Lukoyl” şirkətinin yerli törəməsi – “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 13-də qeydiyyatdan keçib.

Onun qanuni təmsilçisi isə Elnur Vaqif oğlu Qurbanovdur.

Xatırladaq ki, “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihə”sindən pay almaq niyyətindədir. Bu məqsədlə Böyük Britaniyanın bp şirkətinin 50%-lik payının 25%-lik hissəsinin əldə edilməsi artıq razılaşdırılıb.