Azərbaycanda kiçikhəcmli gəmilərin yoxlanılmasına başlanılır

77

Azərbaycanda kiçikhəcmli gəmilərin yoxlanılmasına başlanılır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.

Dövlət Xidməti tərəfindən 2022-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:

Sıra№Texniki baxışın keçiriləcəyi şəhər və rayonlarTexniki baxışın keçirilmə vaxtı
1.Şimal regionu üzrəFevral ayı ərzində
2.Muğan regionu üzrəMart ayı ərzində
3.Cənub regionu üzrəAprel ayı əzində
4.Daxili su hövzələri üzrəOktyabr ayı ərzində
5.Bakı şəhəri və Abşeron rayonu üzrə
5.1Ələt-Bibiheybət istiqamətindəHər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2Zığ-Pirallahi istiqamətindəHər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3Şimal QRES-Nardaran istiqamətindəHər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətindəHər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Qeyd edək ki, cədvəldə göstərilən günlər hava şəraiti və hazırda davam edən pandemiya ilə əlaqədar karantin rejimi şərtlərindən asılı olaraq dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümü ilə əlaqədar Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.