İndoneziya bayrağı altında üzən “SPOB GRAHADUASATU” təchizat tankeri Morozi sularında (Cənub-şərqi Sulavesi, İndoneziya) dəniz quldurlarının hücumuna məruz qalıb.
“Seanews.az” xəbər verir ki, mühərrikli qayıq göyərtəsində 8 dənizçinin olduğu tankerə yaxınlaşdıqdan sonra tibbi maska taxan altı dəniz qulduru tankerə qalxıb, qalanları isə qayıqda gözləyiblər.
Hadisə zamanı “SPOB GRAHADUASATU” gəmisi lövbərdə dayanıbmış. Təcavüzkarlar əvvəlcə heyət üzvlərini kayut-kampaniyaya salaraq qapını açarla bağlayıblar. Daha sonra tankeri dedikləri yerə aparmağa məcbur ediblər və yenidən dənizçiləri kayut-kampaniyada kilidləyiblər.
Dedikləri yerdə tankerə başqa bir gəmi yaxınlaşıb, “SPOB GRAHADUASATU”-dan dizel yanacağının bir hissəsi və ya hamısı həmin gəmiyə boşaldılıb. Quldurlar dənizçilərin bütün pullarını və dəyərli əşyalarını götürərək tankeri tərk ediblər.
Son məlumatlara görə, hadisələr zamanı heyət üzvlərindən heç kəs xəsarət almayıb.