LNG tankerləri istiqaməti dəyişir

65

ABŞ-dan Asiyaya gedən mayeləşdirilmiş təbii qaz tankerləri stiqamətini qaz qiymətlərinin rekord həddə çatdığı Avropaya doğru dəyişir.  

“Seanews.az” xəbər verir ki, hazırda 13 LNG tankeri yönləndirilir, bir gəmi yenidən Panama kanalı vasitəsilə Avropaya göndərilir və ikinci dəfə təxminən 400.000 dollarlıq bir kanal haqqı ödəyir. Avropadakı enerji böhranı orada qazı Asiyada olduğundan daha bahalaşdırdığından, hətta dolama marşrutlar vasitəsilə də tankerlərin marşrutunu dəyişmək sərfəli olub.

Bundan əlavə, Şimal-Şərqi Asiyada gözlənilən soyuqlara baxmayaraq, Çin tərəfdən zəif tələbat, eləcə də Çin Yeni ili ərəfəsində hasilatın azalması və Pekin Olimpiadası ərəfəsində emissiya hədlərinin tətbiqi səbəbindən Asiyada qazın qiymətinin aşağı düşə biləcəyi ilə bağlı proqnozlar var.

Yanvarda Tyanszinə gəlməsi planlaşdırılan LNG, tələbat gözlənildiyindən daha sürətli düşdüyü üçün Asiya və Avropanın digər limanlarına yönləndirilir.