“Yihan Jin Zhuang” adlı gəminin layihəsi Çinin “Harbour Engineering” şirkətinin mütəxəssisləri tərəfindən Çin Rabitə Tikinti Korporasiyası (“China Communications Construction”) ilə sıx əməkdaşlıq nəticəsində hazırlanıb. Konstruktorlar tikinti zamanı əsasən yerli istehsal olan mexanizm və avadanlıqlardan istifadə olunduğunu xüsusi vurğulayırlar.
“Seanews.az” xəbər verir ki, rekord ölçüsünə (gövdəsinin uzunluğu 140 metr) əlavə olaraq, yeni gəminin 142 metrlik kopru dirəkləri 118 metrdən çox dərinlikdə vurmağa və 700 tona qədər yük qaldırmağa qadirdir.
Nəhəng gəmi limanlarda və limana yaxın sularda dirəkli sahələrin yaradılması, sahil zonasında stasionar külək stansiyalarının quraşdırılması və körpülərin, eləcə də dəniz boğazlarında digər infrastruktur obyektlərinin tikintisi üçün nəzərdə tutulub.
“Yihan Jin Zhuang” ənənəvi dizel yanacağı ilə işləyən mühərriklərlə yanaşı, onun bilavasitə iş yerində manevrini təmin edən elektrik mühərrikləri, həmçinin dinamik yerləşdirmə sistemi ilə də təchiz edilib. Mütəxəssislər iddia edirlər ki, gəmi açıq dənizdə güclü külək və dalğalar zamanı belə, tapşırıqları uğurla yerinə yetirə biləcək.