ABŞ ölkənin daxili su yollarının səmərəliliyinin artırılmasına çalışır

273

ABŞ ölkənin daxili su yollarının səmərəliliyinin artırılmasına yönəlmiş proqramı həyata keçirməkdə davam edir. Növbəti addımlar konteyner daşımalarının həcminin və sürətinin artırılmasına yönəlib və yeni gəmilərin tikintisinin yalnız milli gəmiqayırma zavodlarında həyata keçirilməsi nəzərdə tutulur.

“Seanews.az” xəbər verir ki, texniki konsaltinq şirkəti olan “American Patriot Holdings” (APH) daxili su yolları ilə konteyner daşımalarını sürətləndirmək üçün nəzərdə tutulmuş prinsipcə yeni tipli gəmi konsepsiyası hazırlayıb.

Onların perspektiv istifadəsi üçün əsas marşrutlar Missisipi çayı boyunca yükdaşıma xətləri nəzərdə tutulur.

Uzunluğu 181,4 metr (595 fut), eni 32,3 metr (106 fut) və suya oturumu 2,75-3,05 metr (9-10 fut) olacaq gəmi göyərtəsinə 1 864 TEU konteyner və ya 10.000 tona qədər digər yüklər götürə bilər.

İlk dörd konteyner gəmisinin 2024-cü ilin aprelinədək tikilməsi planlaşdırılır. Mütəxəssislərin fikrincə, belə gəmilərin seriyalı istehsalı daxili su yolları ilə yük axınlarını artırmaqla yanaşı, müvafiq istiqamətlər üzrə magistral yolların da yükünü əhəmiyyətli dərəcədə azaldacaq.