Azad Ticarət Limanının loqosu təqdim olunub

49

Çinin cənubundakı Haynan əyalətinin səlahiyyətliləri adanın Azad Ticarət Limanının loqosunu təqdim ediblər.

“Seanews.az” xəbər verir ki, loqo Haynana xas elementlərdən – yelkənin, dəniz dalğasının və kokos ağacının təsvirindən ibarətdir.

Loqo qırmızı, mavi və yaşıl rənglərdə və onların çalarlarında hazırlanmışdır.

Əsərin müəllifi çinli dizayner Çen Konqronqdur.

Müsabiqənin təşkilatçılarına 1,4 mindən çox əsər daxil olub, onlardan 10 ən yaxşısı seçilib. Qalib onlayn səsvermənin nəticələrinə görə müəyyən edilib.

Qeyd edək ki, 2020-ci il iyunun 1-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi və Çin Xalq Respublikasının Dövlət Şurası Haynanda azad ticarət limanının formalaşdırılması proqramı dərc edib. Sənəd bu tropik adada xüsusi gömrük zonasının yaradılmasını nəzərdə tutur. ÇXR hakimiyyəti ümumilikdə əyalət ərazisində azad limanın tikintisini 2025-ci ildə başa çatdırmağı planlaşdırır, o vaxtadək isə adada azad ticarət və investisiyaları təmin edən sistem qurulmalıdır.