İran İslam Respublikasından Həştərxan limanına gedən “Nəcva-2” gəmisi Volqa-Xəzər kanalının 159-cu kilometrliyində saya oturub. Qəzaya baxmayaraq, gəmiçilik kanalı hər iki istiqamətdə açıqdır. Bu barədə Rusiyanın Həştərxan vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Seanews.az” xəbər verir ki, yük gəmisinin heyəti 14 nəfərdən ibarətdir. Gəmidə 1500 ton həcmində yük (hazır istehsal) var.
Bildirilir ki, hadisə ilə əlaqədar Dənizdə Xilasetmə Koordinasiya Mərkəzi ilə qarşılıqlı fəaliyyət təşkil edilib.