Yaponiya sahillərində sunami qeydə alınıb

345

Yaponiyanın cənub-qərbində Amami adaları sahillərində 1,2 metr hündürlüyündə sunami qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.

Sunami nəticəsində daöıntılar barədə məlumat verilmir.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, bu adaların sahillərində dalğanın hündürlüyü 3 metrə çata bilər.