Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyətinin videodərs hazırlama və İKT-dən istifadə bacarıqlarının inkişaf etdirilməsi, prezentasiyaların təqdimatında qabaqcıl təcrübənin paylaşılması, videodərslərin əlavə tədris resursları kimi tələbələrin istifadəsinə verilməsi məqsədilə elan olunmuş “Ən yaxşı elektron tədris resursu” müsabiqəsi yekunlaşıb.
Müsabiqəyə ümumilikdə 26 videomaterial təqdim olunub. İşlərdəki oxşarlıqlar nəzərə alınaraq videomaterialların ilkin qiymətləndirilmə mərhələsi müvafiq kafedralar tərəfindən həyata keçirilib. Hər kafedra üzrə yekun qiymətləndirmə mərhələsində baxılması üçün 1 iş təqdim olunub. Videomaterialların qiymətləndirməsi Təşkilat Komitəsi tərəfindən hazırlanmış blankda 3 meyar üzrə 12 meyar əsasında həyata keçirilib.
“Ən yaxşı elektron tədris resursu” müsabiqəsinin nəticələrinə əsasən, Akademiya üzrə aşağıda adları qeyd edilən qaliblər müvafiq həvəsləndirici mükafat və diplomlarla təltif olunublar:
I yer – baş müəllim Sevinc Rasim qızı Rzayeva, “Humanitar fənlər” kafedrası;
II yer – kafedra müdiri Həzi Nəbi oğlu Nəbiyev, “Dəniz naviqasiyası” kafedrası;
III yer – assistent Elnur Nadir oğlu Kərimov, “Gəmi energetik qurğuları” kafedrası.
Müsabiqənin Təşkilat Komitəsi və münsiflər heyətinin müsbət rəyini almış aşağıda adları qeyd olunan iştirakçılar müvafiq sertifikatlarla təltif olunublar:
- baş müəllim İlhamə Paşa qızı Bayramova, “Gəmi elektroavtomatikası” kafedrası;
- baş müəllim Eldar Atamalı oğlu Zeynalov, “İngilis dili” kafedrası;
- baş müəllim Aynur Ramiz qızı Abdullayeva, “Tətbiqi mexanika” kafedrası;
- assistenti Səlim Qüdrət oğlu Paşazadə, “Gəmiqayırma və gəmi təmiri” kafedrası.
seanews.az