Dövlət Dəniz və Liman Agentliyinin idarə heyətinin sədri Arif Məmmədov ilə “Saipem Contracting Netherlands B.V.”nin Azərbaycan Respublikasındaki filialın rəhbərliyi arasında görüş keçirilib

1430

19 yanvar tarixində Dövlət Dəniz və Liman Agentliyinin idarə heyətinin sədri Arif Məmmədov ilə “Saipem Contracting Netherlands B.V.”nin Azərbaycan Respublikasındaki filialın rəhbərliyi arasında görüş keçirilib.

Görüş ərzində Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatının inkişafı sahəsində gördüyü işlər, hal-hazırda qurum çərçivəsində aparılan islahatlar, o cümlədən Saipem şirkətinin dünyada və Azərbaycanda enerji sektorunda rolu, “Şahdəniz-2”, “Ümid-Babək” yataqları və şirkətin faktiki iştirak etdiyi neft-qaz yataqlarının işlənilməsi layihələrindən danışılıb. Görüşdə ümumi maraq doğuran məsələlər və Agentliklə şirkət arasında əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib.