Qum adasında şirkətdən oğurluq edilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə yanvarın 16-da Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən 636 manat dəyərində naqilin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Həsənli, əvvəllər məhkum olunan S.Məhərrəmov və Astara rayon sakini H.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.