Dənizçi ailəsində böyüyən Şəhid Orxan İsmayılov – VİDEO

193

Şəhid Orxan İsmayılov 1990-cı ilin 23 yanvarında dənizçi ailəsində doğulub. Onun atası Zöhrab İsmayılov hazırda Xəzər Dəniz Neft Donanmasında baş mexanik vəzifəsində işləyir.

Atası danışır ki, Orxan torpaqlarımızı azad görmək arzusu ilə yaşayıb. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib, düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla vuruşub. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.