Çinin Yantian limanı sıxlıq səbəbindən dolu konteynerlərin qəbulunu məhdudlaşdırır.
“Seanews.az” xəbər verir ki, yanvarın 21-dən belə konteynerlər gəminin gözlənilən gəlişindən 4 gün sonra qəbul ediləcək.
Son iki həftə ərzində limanın iş yükü ilə bağlı vəziyyəti dəyişməyib, gəmilər qrafikdən orta hesabla 170 saat kənara çıxır, onların limana vaxtında çatma faizi isə 20% təşkil edir.
Yantianın konteyner terminallarında hazırda gündə 12.000 konteyner işlənilir.