Somali hakimiyyəti Avropa İttifaqının dəniz quldurluğu ilə mübarizə aparan mandatının ləğvini planlaşdırır

147

Somali hakimiyyəti Avropa İttifaqının dəniz quldurluğu ilə mübarizə aparan “Atalanta” missiyası üçün icazəni ləğv etməyi düşünür.

“Seanews.az” xəbər verir ki, bunun müqabilində xarici güclər SomalininSahil Mühafizəsini zəruri avadanlıq və silahla təmin etməyə dəvət olunur.

Təşəbbüs ölkədə 2022-ci ilin yayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar yaranıb.

Avropa İttifaqı da öz növbəsində Somali hakimiyyətindən mandatın ən azı növbəti doqquz ay müddətinə uzadılmasını istəyəcək.

Xatırladaq ki, Aİ-nin gəmiləri 14 ildir Somali yaxınlığındakı sularda patrul xidməti həyata  keçirirlər.