2021-ci ildə Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2020-ci illə müqayisədə 2,8 %, sərnişin daşınması isə 3,1 % çox olub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,9 milyon ton yük daşıyıb. Yüklərin 2,8 %-i dəniz, 7,8 %-i dəmir yolu, 0,3 %-i hava, 58 %-i avtomobil nəqliyyatı, 31,1 %-i isə boru kəməri ilə daşınıb.
Bundan başqa, il ərzində nəqliyyatçılar 1 214,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 92,2 %-i avtomobil nəqliyyatı, 7,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.