Marşal adaları bayrağı altında üzən “B. OCEAN” tankeri yanvarın 25-nə keçən gecə dəniz quldurlarının hücumuna məruz qalıb.
Gəmiyə Abidcanın (Kot divar, Qvineya körfəzi) cənubundan 50 dəniz mili aralıda hücum edilib. Demək olar ki, gün ərzində tanker və onun heyəti ilə əlaqə kəsilib.
AIS sistemi işə salınanda isə artıq təxminən 9 düyün sürətlə gedən “B. OCEAN” tankerinin yaxınlığında nə gəmi, nə də Hərbi Dəniz Qüvvələri və təhlükəsizlik xidmətlərinin qayıqları olub.
Dəniz quldurları yükü oğurlayan kimi aradan çıxıblar.
Bütün heyət salamatdır.