25 yanvar tarixində Dövlət Dəniz və Liman Agentliyinin sədri Arif Məmmədov “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Aleksandr Drozdovu qəbul edib.
Görüş çərçivəsində “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasında neft-qaz hasilatında rolu, şirkətin hazırda Abşeron, Şahdəniz və Ümid-Babək layihələrində iştirakı haqqında danışılıb.
Dəniz nəqliyyatının inkişafı sahəsində Dövlət Dəniz və Liman Agentliyinin gördüyü işlər və “Bue Caspian Limited” şirkəti ilə Agentliyin birgə əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib.
ardda.gov.az