“Rusiyanın “Lukoil” şirkəti Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Səfir şirkətin Azərbaycanda vacib razılaşmalar əldə etdiyini xatırladıb: “Belə ki, “Şahdəniz” layihəsinin səhmlərinin 9,99 %-lik hissəsini aldıqdan sonra şirkətin ümumi payı 19,99 %-ə çatıb. “Lukoil” həmçinin Abşeron yarımadasının dayazsulu hissəsində 25 %-lik paya malikdir.
Diplomat həmçinin Rusiya regionlarının Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib: “Bu ilin fevral ayında Sankt-Peterburq və Udmurtiyadan Bakıya nümayəndə heyətlərinin səfərləri planlaşdırılıb. Bundan başqa, Həştərxan regionu, Dağıstan və digər regionlar da iqtisadi əməkdaşlığın inkişafına maraq göstərir”.