Professor-müəllim heyətinin nəzərinə!

332

Hörmətli həmkarlar!

5-6 may 2022-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVII Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir.

Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar. 

 “SU NƏQLİYYATININ PROBLEMLƏRİ”         

Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.

KONFRANS  AŞAĞIDAKI  BÖLMƏLƏR  ÜZRƏ  KEÇİRİLƏCƏK:

  • Gəmiqayırma və gəmi təmiri texnologiyası
  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiçilik texnikası
  • Gəmiçilikdə təbiət elmlərinin problemləri
  • Gəmiçilikdə humanitar və dilçilik problemləri

KONFRANSIN MATERİALLARI

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XVII Beynəlxalq elmi-texnikin konfransın toplusunda dərc olunacaqdır. Konfransın proqramı və əlavə məlumatlar təqdim olunacaqdır.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 1 aprel 2022-ci il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilərlər.

MƏQALƏLƏRİN  ÇAPA  TƏQDİM  OLUNMASINA  DAİR  YAZI QAYDALARI:

  1. Məqalələr Times New Roman şriftilə 12 pt ölçüdə, azərbaycan, ingilis və rus dillərində və tək simvol aralığında yazılmalıdır. Səhifə ölçüləri: A4 (210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 6-12 səhifədən çox olmamalıdır.
  2. Məqalənin adı, müəllifin adı, soyadı, ata adı və müəlliflərin inisialları ingilis dilinə tərcümə olunmalıdır.
  3. Müəllifin adı başlığın altında (ortada olmaqla) yazılmalı, çalışdığı təşkilatın tam adı, ünvanı və elektron poçt ünvanı qeyd olunmalıdır.
  4. Məqalələr bu bölümlərdən ibarət olmalıdır: UOT, başlıq, müəllifin adı və soyadı, ünvanı, üç dildə xülasə və açar sözlər, giriş (введение, introduction), metodlar və materiallar (методы и материалы, methods and materials), nəticə (результаты, results), müzakirə (обсуждение, discussion), AAK-ın tələblərinə uyğun (Əlavə 4.1) istinad ədəbiyyatı (список литературы, references). Məqalənin sonunda elm sahəsinin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqdisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
  5. Başlıq ortada, qara və böyük hərflərlə yazılmalıdır. 
  6. Xülasə 100-150 söz aralığında olmaqla, 12 şrift yazı tipi böyüklüyündə, 3 dildə olmalıdır.
  7. Açar sözlər 3 dildə, ən azı üç sözdən ibarət olmalıdır. Məqalədə UOT, yaxud UDC, УДК (11 şrift) indekslər və ya PACS tipli kodlar göstərilməlidir.
  8. Şəkil, rəsm, grafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə və mətn içərisində olmalıdır. Şəkil, rəsm və qrafiklərin yazıları onların altında yazılmalıdır. Cədvəllərdə isə başlıq cədvəlin üstündə sağ hissədə yazılmalıdır.
  9. Mənbələr mətn içərisində kvadrat mötərizə daxilində göstərməklə, məqalənin sonunda mətn daxilindəki sıra ilə düzülməlidir. Eyni mənbəyə iki və daha çox istinad edildikdə, əvvəlki sıra sayı saxlanmaqla müvafiq səhifələr göstərilməlidir. Məsələn: [7, səh. 15]. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad ardıcıllığı ilə nömrələnə bilər. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad edilən mənbənin biblioqrafik təsviri önun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. Mənbələr 12 şrift yazı tipi böyüklüyündə olmalıdır.
  10. Əlyazmalar 2 nüsxədə və elektron variantda təqdim olunur. Məqaləyə rəy (müəllif professor deyilsə) və antiplagiat tələb olunur. Orijinallığı 70%-dən aşağı olan məqalələr dərcə qəbul edilmir.
  11. Məqalələr jurnalın redaksiya heyətinin qərarı ilə çap olunur. Redaksiya düzəlişlər etmək üçün məqaləni müəllifə qaytara bilər.
  12. Jurnalda dərc olunmayan məqalələr geri qaytarılmır.

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA. Otaq: 423

E-mail: husniyya.qafarli@asco.az    

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Otaq: 423

adda.edu.az