75 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub

356

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, gəmi mexaniki Afis Rəhmanov 75 yaşını qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə 1969-cu ildən 2015-ci ilə kimi ASCO-nun müxtəlif gəmilərində baş mexanik işləmiş Afis Rəhmanovun dənizçilik sahəsindəki xidmətləri xatırlanıb.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

asco.az