Puerto-Rikoda qayıq qəzasında 10 nəfər itkin düşüb

135

Puerto-Rikonun şimal-qərb sahillərində qayığın qəzaya uğraması nəticəsində 10 nəfər itkin düşüb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, qəzaya səbəb qayığın qayaya çarpılması olub.

Göyərtədə Dominikan Respublikasından olan ümumilikdə 27 miqrantın ola biləcəyi qeyd edilib. Onlardan ən azı 17-si xilas edilərək polisə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.