Avstraliya məhv olmaq üzrə olan ərazisi üçün milyard dollar ayırdı – FOTO

297

Avstraliya hökuməti məhv olmağa doğru gedən Böyük Sədd rifini xilas etmək üçün əlavə bir milyard Avstraliya dolları (1,190 milyard manat) ayırıb.

Bu barədə hökumət açıqlama verib.

Yeni plan 2050-ci ilə qədər investisiyaların 3 milyard Avstraliya dollarına (3,57 milyard manat) qədər artırılmasını nəzərdə tutur. Avstraliyanın baş naziri Skott Morrisonun sözlərinə görə, vəsait suyun keyfiyyətinin yaxşılaşdırılması, eroziya və okeanın çirklənməsinin qarşısını almaq üçün istifadə olunacaq.

Böyük Sədd rifi Kvinslend sahilləri boyunca 2300 kilometrə qədər uzanır. Okeanlarda suyun istiləşməsinin mərcanların ölümünə səbəb ola biləcəyinə inanılır.

Böyük Sədd Rifi bir-birindən ayrı 2,900 rif və 900 adadan ibarət olan, 2,600 km genişliyə yayılmış 344,400 kv.km sahəsi ilə dünyanın ən böyük rif sistemidir. Rif şimal şərqi Avstraliyanın Queensland sahillərində olan Mərcan dənizindədir.

Böyük Sədd Rifi kosmosdan görülə bilən, canlı orqanizmlərin əmələ gətirdiyi ən böyük quruluşdur. Rif özünə xas həyat müxtəlifliyinə malikdir. Mink balinası, donqar balina və mavi balina kimi bir çox balina növləri və dugong kimi nəsli təhlükədə olan bir çox dəniz məməlisi, altı növ dəniz tısbağası və bir milyondan çox balıq, mərcan, köpəkbalığı, vatoz, meduza v s. növü Böyük Sədd Rifinin canlı aləmidir.

Geniş canlı çeşidliyinə ev sahibliyi edən rif 1981-ci ildə Dünya Mirasları siyahısına salınıb.

Mənbə: RİA Novosti