Ekvadorda neft boru kəmərində qəza baş verib

110

Ekvadorda neft boru kəmərində qəza baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Ecuavisa” telekanalı məlumat yayıb.

Qəza nəticəsində boruda neft sızması əmələ gəlib.

Hadisəyə səbəb kimi Piedra-Fina bölgəsində güclü leysan yağışları nəticəsində qayaların uçaraq boru kəmərini zədələməsi göstərilir.

Ərazidə bitki örtüyü və torpaq neftlə çlrklənib.

Mütəxəssislər nasazlıqların aradan qaldırılmasına başlayıb, içməli su mənbələrinin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Qeyd olunur ki, kəmərlə xammalın tədarükü nəzarətdə saxlanılır, qəza karbohidrogenlərin daşınmasına və ixracına təsir göstərməyəcək. Sızmanın həcmi və çirklənmə sahəsi haqqında məlumat verilmir.

Uzunluğu 500 km olan neft kəməri ilə gündəlik 530 min barel xam neft vurulur.