VAKANSİYA 1
Paris Gallery
Satış təmsilçisi (xanım)
Son tarix 03 mar 2022 – parisgallery0707@mail.ru
Tələblər:
- Yalnız xanım namizədlər
- Yaş həddi 18-30.
- Güclü iş etikasına sahib olmaq
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
- Nizam-intizam
Əsas vəzifələr:
- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
İş qrafiki 10:00’dan 20:00’a qədər.
Əmək haqqı: 550+ bonus
Ünvan : Heydər Əliyəv mərkəzinin yaxınlığı, Qədirbəyov 63 A
Ətraflı malumat üçün: 055 393 07 07
Müraciət etmək üçün Şəkilli CV-lərini müraicət et bölməsində qeyd olunan e-mail ünvanına göndərin.
VAKANSİYA 2
Your Equipment Supplier LLC
Təchizat üzrə mütəxəssis (xanım)
Son tarix 03 mar 2022 – almaz.m@eqs.az
Vəzifə öhdəlikləri:
- Təchizat prosesini vaxtında və prosedura uyğun icra etmək;
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin əsas icraçısı olaraq sənədləşmə işlərində bütün tərəfdaşlarla münasibətlərin əlaqələndirlməsi;
Namizədə dair tələblər:
- Xanım namizədlər;
- İnşaat sektorunda mövcud vakansiya üzrə minimum 3 il iş təcrübəsi;
- Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış;
- İngilis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramları və Logo proqramında işləmək bacarığı;
- Əməkdaşlıq, Təşəbbüskarlıq, Effektiv Ünsiyyət və Yenilikçi Yanaşma namizədlərdə axtarılan xüsusiyyətlərdir.
İş ünvanı: AZUR BC, 5-ci mərtəbə
İş rejimi: həftədə 5 gün
Əmək haqqı: 700-800 AZN
VAKANSİYA 3
Ram Holding
İşə qəbul üzrə menecer (recruitment manager)
Son tarix 03 mar 2022 – hr@ram.az
Öhdəliklər:
- İşə qəbul prosedurlarının hazırlanması
- İşə qəbul edən komandaya nəzarət etmək və onun fəaliyyəti haqqında hesabat vermək
- İşə götürmə metrikaların izlənilməsi
- İşçi ehtiyacının müəyyən edilməsi
- Vakansiya tələbinin müəyyən edilməsi
- Vakansiya elanlarının hazırlanması və işə qəbul kanallarında yerləşdirilməsi
- Namizəd hovuzunun yaradılması
- Namizədlərin seçilməsi və dəyərləndirilməsi
- İş təklifinin verilməsi
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsi
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması və həyata keçirilməsi
- İşçilərin sınaq müddətinin qiymətləndirilməsi
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrası
Tələblər:
- Ali təhsil
- İşə qəbul sahəsində 4-5 il iş təcrübəsi
- Azərbaycan dili və İngilis dili – əla, rus dili arzuolunandır.
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı
- Səlis və işgüzar danışıq bacarığı
- Komandada işləmə qabiliyyəti
- Məsuliyyətlilik, dürüstlük, çeviklik, problem həlletmə, planlaşdırma, nəzarətedicilik, müştəriyönümlülük
İş qrafiki və şərtlər:
- 1-5 günlük qrafik, 6-cı gün – növbəli iş rejimi
- Ünvan: Yasamal r-nu, Mirəli Seyidov küç., 28-30
- Əmək haqqı – razılaşma yolu ilə
Uyğun və maraqlanan şəxslərdən “İşə qəbul üzrə menecer” başlığı ilə CV-lərini emailinə göndərmələri xahiş olunur.
VAKANSİYA 4
Carlsberg Azerbaijan
Специалист по планированию дистрибуции и управлению запасами готовой продукции
Son tarix 28 fev 2022
Условия работы:
Предложение компании: Карьерные возможности, конкурентоспособный компенсационный пакет (годовой базовый оклад + бонусы согласно политике компании) & социальный пакет (мед. страховка, лимитированная мобильная связь, сервис, питание).
Месторасположение: г. Хырдалан, Шемахинское шоссе.
Основные должностные обязанности:
- организация поставки продукции клиентам в срок и объеме в соответствии с заказами;
- снижение уровня OOS на складах клиентов;
- координация планирования отгрузок при запуске новинок;
- контроль максимально выгодного для Компании использования транспортных средств ;
- ведение оперативной отчётности, составление таблицы и графиков, необходимых для анализа и стабильной работы.
Требования к кандидатам:
- Высшее математическое/экономическое/техническое;
- Опыт работы в структуре логистики или планирования не менее 1-го года.;
- Отличное знание русского (знание английского языка- не ниже Intermediate);
Знания и Навыки:
- Microsoft Office на уровне продвинутого пользователя;
- Аналитическое мышление;
- Коммуникабельность;
- Стрессоустойчивость;
- Ответственность.
Контакты:
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную, интересную и сложную одновременно вакансию, пожалуйста, пришлите Ваше резюме пройдя по линку:
Последний срок подачи заявок: 28 февраля 2022 г.
Обращаем ваше внимание, что только с ограниченное число кандидатов будет приглашено на собеседование.
VAKANSİYA 5
Universal PRO
Araşdırmalar üzrə kiçik mütəxəssis (3 aylıq təcrübə proqramı)
Son tarix 03 mar 2022 – hr@universal-az.com
Öhdəliklər:
- Şirkətin təchizat zəncirinin və satınalma əməliyyatlarının yaxşılaşdırılması;
- Bazar araşdırmalarının aparılması;
- Təchizatçılardan qiymətlər alınması və müqyisəli təhlil aparılması;
- Tədarükçülərlə əlaqələrin qurulması;
- Satıcılar və potensial müştərilərlə sağlam iş əlaqələrinin qurulması.
Tələblər:
- Analitik düşünmə bacarığı;
- Microsoft Office proqram təminatlarını yaxşı dərəcədə bilmək;
- Dil bilikləri: Azərbaycan, İngilis (Rus dili biliyinə üstünlük veriləcək);
İş şəraiti:
- 5 günlük iş qrafiki – həftə içi 09:00 – 18:00
- Əmək haqqı : 250 AZN
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Araşdırmalar üzrə kiçik mütəxəssis ” yazıb göndərə bilərlər.
VAKANSİYA 6
Caspian Entertainment Company
Qrup satış mütəxəssisi
Son tarix 03 mar 2022 – hr@caspianentertainment.com
Məkan: Dəniz Mall
Şöbə: Marketinq və Satış
Tabe olduğu şəxs: Qrup satış meneceri
İşin qısa təsviri:
- Şirkətin qrup satışlarının planlaması və təşkili
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin satış ehtiyaclarını müəyyənləşdirmək və uzunmüddətli tərəfdaşlıq qurmaq;
- Gündəlik və həftəlik iş planını hazırlamaq və qrup rəhbərinə təqdim etmək;
- Mövcud iş planına əsasən öncədən apardığı ərazi bölgüsünə uyğun məktəbləri ziyarət etmək;
- Bazardakı rəqiblərini araşdırmaq və satış fəaliyyətlərini təhlil etmək;
- Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərini qarşılamaq üçün yeni təkliflər hazırlamaq;
- Müştəri məlumat bazasını idarə etmək;
- Qrup satışları üzrə zəruri olan bütün satış materialların hazırlamaq;
- Şirkətin layihələrinin tanıtımını həyata keçirmək və zəruri məlumatları müştəriyə çatdırmaq;
- Şirkətin xidmət standartlarını yaxşılaşdırmaq məqsədi ilə müştəri ilə daimi əlaqədə olmaq;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq və tapşırıqları icra etmək.
Yaş aralığı: 25-35 yaş
Təhsil sahəsi: Biznesin idarə edilməsi, Marketinq, Kommersiya, Kommunikasiya üzrə bakalavr dərəcəsi
Təhsil səviyyəsi: Ali və ya tam ali
Bilik və bacarıqlar:
- Minimum 2 il satış və müştəri xidməti təcrübəsi
- Satış Strategiyaları Biliyi
- Satış hesabatlarının hazırlanması
Şəxsi keyfiyyətlər:
- Komandada işləmək qabiliyyəti
- Dürüstlük
- Yüksək səviyyədə danışıqlar aparmaq bacarığı
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri
Namizədlərdən CV-ləri e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 7
AzSığorta
Hüquqşünas
Son tarix 03 mar 2022 – cv@azinsurance.az
Vəzifəyə olan tələblər:
- Ali hüquq təhsili.
- 1 ildən az olmayaraq müvafiq sahədə iş stajı.
- Kompyuter bilikləri.
- Azərbaycan, Rus və İngilis dilləri.
İş barədə məlumat:
- Şirkətin fəaliyyətinə dair hüquqi sənədlərin hazırlanması və ekspertizası
- Müqavilələrin hazırlanması və ekspertizası.
- Məhkəmə, dövlət orqanları, hüquqi şəxslər və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, tələb olunan sənədlər hazırlamaq, rəsmi yazışmalar aparmaq
- Korporativ – Şirkətdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi
- İdarəetmə orqanlarının iclaslarında katib funksiyasının yerinə yetirilməsi, protokolların tərtibatı və reyestrinin aparılması
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Hüquqşünas ” qeydi edərək elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.
VAKANSİYA 8
MKT İstehsalat Kommersiya MMC
Anbardar (Sabirabad)
Son tarix 03 mar 2022 – career@mktcotton.com
Vəzifə öhdəlikləri:
- Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxıması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik edir.
- Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi.
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi.
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
- Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi.
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil arzuolunandır
- Müvafiq sahə üzrə təcrübə arzuolunandır
- MS office (Word/Excel) bilikləri, 1C bilikləri üstünlükdür
- Sabirabad rayonunda yaşan şəxs olmalıdır
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi
- İş yeri: MKT İK MMC-nin müvafiq filialı
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar(Sabirabad)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz. Yalnız qeyd olunan ərazidə yaşayan şəxslərin müraciətləri dəyərləndiriləcək.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
VAKANSİYA 9
ZO Skin Health
Мененджер по Продажам
Son tarix 03 mar 2022 – info@skinhealth.az
Требование:
- На еженедельной основе планировать и исполнять график контактов со специалистами в сфере красоты, косметологами и врачами дермоторогами.
- Формировать и предоставлять отчетность в установленном порядке.
- Собирать, систематизировать и вести историю партнерства по существующим и потенциальным врачам
- Инициировать, проводить и участвовать в различных информационно-образовательных мероприятиях для врачебного сообщества;
- Анализировать потребности и запросы врачей по продукции ZOSkinHealth;
- Выполнять индивидуальные поставленные планы и задачи на закрепленной территории, принимать участие в реализации работ по выполнению планов направления и отдела
- Высшее образование (медицинское, фармацевтическое, биохимическое, в области лабораторной диагностики – предпочтительно);
- Дополнительное образование в сфере экономики/менеджмента/продаж будет преимуществом;
- Опыт работы по продвижению медицинских услуг, хорошее знание структуры медицинских учреждений (предпочтительно);
- Уверенный пользователь MS Office: Excel, Word, Outlook.
- Девушка от 20 лет ,грамотная разговорная речь
- Презентабельный внешний вид.
- Умение общаться с разными людьми;
- Организованность, чувство ответственности;
- Знание азербайджанского и русского языков
- График работы с 09:30 до 18:00
- В неделю два раза выходные
- Проводится обучение
- Испытательный срок 3 дня
Если Вы заинтересовались возможностью сотрудничества пожалуйсто отправюте свое CV с фотографией.
VAKANSİYA 10
AVICOM LLC
Mühasib
Son tarix 03 mar 2022 – hr@avicom.tech
Tələblər:
- Ali təhsil
- Cinsi: Qadın
- İş təcrübəsi: min. 2 il
- Yaş aralığı: 21-35 yaş
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.
- 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı.
- Analitik təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Vəzifə öhdəlikləri:
- Müqavilə əsasında satışlar üzrə sənədləşmə qaydaları
- Yerli alışlarda aktların və elektron qaimələrin yazılması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının müstəqil şəkildə tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Avans hesabatlarının hazırlanması
- Xərclərin təyinatı üzrə düzgün bölüşdürülməsi
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- 1C proqramına biliyi
- Baş mühasibə hər bir işdə kömək olması
İş şəraiti:
- AR qanunvericiliyinə görə işə rəsmilədirilməsi, rəsmi məvacib
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Əmək haqqı: razılaşma yolu ilə
- Tibbi siğorta
- Korporativ mobil nömrə
Namizədlər e-maıl”ın mövzu hissəsində “Mühasib” yazmaqla öz CV-ni göndərə bilərlər.
VAKANSİYA 11
AzRT MMC
Kiçik mühasib
Son tarix 03 mar 2022 – cv@azrtmmc.com
Öhdəliklər:
- Hesabatların tərtib edilməsi üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi;
- E-qaimə, hesab fakturaların tərtib edilərək göndərilməsi;
- Qiymət razılaşdırma protokollarının tərtib edilməsi;
- E-taxes, E-gov.az və digər portallarda əməliyyatların icra edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi.
Tələblər:
- Dəqiqlik və məsuliyyət
- Microsoft Office (Excel, Word) proqram təminatı bilikləri
- Yaş aralığı 22-26
- 1 il əlaqədar sahədə təcrübə
İş şəraiti:
- 5 günlük iş qrafiki – həftə içi 09:00 – 18:00
- Əmək haqqı : 500 AZN
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hisssəsində “Kiçik mühasib ” yazıb göndərə bilərlər.
VAKANSİYA 12
Multi Business Services MMC
Baş mühasib
Son tarix 04 fev 2022 – office@mbs.az
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
- Maliyyə hesabatlarının və rəhbərliyin tələbinə uyğun digər hesabatların təmin edilməsi
- Dövlət qurumlarına hesabatların hazırlanması , təqdim edilməsi və buna aid yazışmalar
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- Baş mühasib kimi minimum 3 il iş təcrübəsi
Digər bilik və bacarıqlar:
- Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür)
- Vergi , əmək , mülkü məcəlləni mükəmməl bilməli (PM qanunvericilik sertifikatı olması əlavə üstünlükdür)
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli
- Excell və digər ofis proqramlarını bilməli
- Komandada işləmə bacarığı olmalı
- Aktiv, məsuliyyətli, işində dəqiq olmalı
Digər tələblər:
- Yaş həddi : yoxdur
- Dil biliyi : Azərbaycan(əsas), İngilis (arzuolunandır)
İş barədə:
- İş qrafiki: bazar ertəsi – şənbə
- İş saatı: 09:00-dan 17:00-dək (Şənbə günü 09:00-dan 13:00-dək)
- Əmək haqqı : 1500-2000 AZN
Müraciət qaydası:
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.
Müraciət üçün son vaxt : 04/02/2022
VAKANSİYA 13
Air Group
Müştəri xidmətləri şöbəsinin mütəxəssisi
Son tarix 03 mar 2022 – hr@airgroup.az
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 20-30;
- Azərbaycan və Rus dilləri yüksək, İngilis dili yaxşı səviyyədə;
Namizədə tələblər:
- Yüksək ünsiyyət qurma bacarığı olmalı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- MS Office proqramlarını mükəmməl bilməli;
İş barədə məlumat:
- Müştərilərlə səlis danışmaq və nəzakətlə rəftar etmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsində yaxından iştirak etmək;
- Sənədləri düzgün, qəbul olunmuş təlimatlara uyğun şəkildə tərtib etmək;
- Görülən işlər və tapşırıqların icrası barədə günlük və aylıq hesabatları rəhbərliyə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları düzgün yerinə yetirmək.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma ilə
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “AZAL Club-Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
VAKANSİYA 14
NOVCO Group of Companies
Satış təmsilçisi
Son tarix 03 mar 2022 – hr@novco.com
Vəzifə öhdəlikləri:
- Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək
- Müştərilərə mövcud kolleksiya haqında dolğun məlumat vermək
- Satış texnikası və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək.
Tələblər:
- Yaş həddi: 18-30
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili – arzuolunandır
- Geyim mağazasında 1 ildən az olmayaraq satış təcrübəsi
- Satış texnikası bilikləri
- Ünsiyyətcil, gülərüz
Əmək şəraiti:
- İş qrafiki: Növbəli
- Stabil əmək haqqı+ satışdan %lər
- Nahar şirkət tərəfindən qarşılanır
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mailinə, mövzu hissəsində “ Satış təmsilçisi ” qeyd edib göndərilməsi xahiş olunur.
VAKANSİYA 15
Varidat Consulting Company
Hüquqşünas
Son tarix 03 mar 2022 – hr@varidat.az
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində meydana çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların aparılması, hazırlanması;
- Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
- Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Davranış səriştələri:
- Analitik düşüncə qabiliyyəti
- Detallara diqqət
- Qərar vermə
- Yazı qabiliyyəti
- Fikrini səlis şəkildə ifadə etmək
Vakant vəzifə üzrə tələblər:
- Ali hüquqi təhsil;
- Azərbaycan dilində mükəmməl yazmaq, oxumaq və səlis nitq bacarığının olması, Rus dili və İngilis dili biliyi üstünlükdür;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
- Hüquq sahəsində minimum 3 illik iş təcrübəsi.
Əmək haqqı: Əmək haqqı razılaşma əsasında namizədin nəzəri biliyinə və aidiyyatı sahə üzrə təcrübəsinə əsasən müəyyən olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
QEYD: Məktubun “mövzu” hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir əks təqdirdə, müraciət diqqətdən yayına bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 16
Af Holding
İcarə üzrə baş menecer (filial rəhbəri)
Son tarix 01 mar 2022 – hr@afholding.com
İşin təsviri:
Şirkətimizin, Moskva şəhərində yerləşən, Ticarət Mərkəzinə, İcarə üzrə baş menecer vakansiyası aktivdir.
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi
- Müştəri bazasının formalaşdırılması
- İnzibati heyətini idarə etmə bacarığı
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
- İşgüzar və korporativ danışıqların aparılması
- Yeni müştəriləri cəlb edilməsi
- Müştəri görüşlərinin nəticələrinin izlənilməsi
- Müştərilərlə əlaqələrin möhkəmlənməsi sahəsində işlərin aparılması
Namizəd üçün tələblər:
- Ali təhsil ( iqtisadiyyat,marketing üzrə)
- İş təcrübəsi: 10 ildən çox
- Yaş: 35 dan yuxarı
- Korporativ idarəetmə prinsiplərini bilməli
- Azərbaycan, Rus dillərini və İngilis dili üstünlük veriləcək
fed.az