Gəminin suya oturumunu ölçmək istəyən dənizçi sürüşərək körpüyə yıxılıb

232

Liberiya bayrağı altında üzən “MATHILDE OLDENDORFF” yük gəmisinin göyərtəsində faciəli hadisə baş verib.

“Seanews.az” www.seafarersjournal.com-a istinadən xəbər verir ki gəmi Çinin Tyanzin limanında olarkən kapitanı (bəzi mənbələrə görə kapitanın böyük köməkçisi) həyatını itirib.

Gəminin suya oturumunu ölçmək istəyən dənizçi sürüşərək körpüyə yıxılıb, lakin heyətə ona yaxınlaşmağa icazə verilməyib.

Hadisə yerinə gələn təcili yardım həkimləri Türkiyə vətəndaşı olan 36 yaşlı dənizçinin öldüyünü müəyyən ediblər.

“MATHILDE OLDENDORFF” gəmisi yanvarın 31-də Tyanzindən çıxaraq Avstraliyanın Hedland limanına istiqamət götürüb. Onun 36 yaşlı keçmiş heyət üzvünün  cənazəsi isə bütün rəsmiləşdirmələr başa çatdıqdan sonra vətəninə  göndəriləcək.