Son iki ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su hövzələrindən 115 min metr sintetik tor toplanılaraq məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
“Ötən il su hövzələrindən 50 min metr, 2020-ci ildə isə 65 min metr sintetik tor toplanılıb”, – deyə xidmətin rəisi diqqətə çatdırıb.