Türkiyə yerli hücum gəmisi prototipinin istehsalına başlayacaq

274

Türkiyə yerli hücum tipli gəmi layihəsi istehsalı çərçivəsində ilk prototipin hazırlanmasına başlayacaq.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir müvafiq sahədə podratçı Havelsan şirkətinin paytaxt Ankaradakı qərargahında müdafiə sənayesinin 2022-ci il hədəfləri ilə bağlı keçirilən toplantıda söyləyib.

Komitənin təşəbbüsü ilə həyata keçirilən Türk Tipli Hücum Gəmi Layihəsi çərçivəsində 31 Avqust 2020-ci il tarixində TMSK ilə Havelsan arasında müqavilə imzalanıb.

Yerli istehsal olan hücum katerlərinin əhəmiyyətli manevr qabiliyyəti, yüksək zərbə gücü və daşıyacaqları milli sistemləri ilə ətraf dənizlərdə ölkənin maraqlarının qorunmasına töhfə verəcəyi gözlənilir.