“Zim” və “2M” ittifaqındakı tərəfdaşları prinsipial razılığa gəliblər

242

“ZIM Integrated Shipping Services Ltd.” (“Zim”) və “2M” ittifaqındakı tərəfdaşları  gəmilərdən birgə istifadə əsasında Asiya – ABŞ Şərq Sahili və Asiya – ABŞ Qərb Sahili ticarətində əməkdaşlığı davam etdirmək üçün prinsipial razılığa gəliblər.

“Seanews.az” xəbər verir ki, tərəfdaşlar hələ öz aralarında yekun sənədləri razılaşdırdıqdan sonra müvafiq orqanlardan razılıq almalıdırlar. Yeni müqavilənin fevralın əvvəlində imzalanması və 2022-ci il aprelin 1-də qüvvəyə minməsi gözlənilir.

Aralıq dənizində “Zim” müstəqil işləyəcək (xatırladaq ki, “2M” ilə hazırkı əməkdaşlıq müqaviləsi Asiya-Aralıq dənizi ticarətini əhatə edir). “ZIM Med Pacific” (“ZMP”) adı altında fəaliyyət göstərəcək yeni xətt isə  Asiya, Aralıq dənizi və Sakit okeanın şimal-qərbindəki limanlar arasında yük axınlarına xidmət üçün nəzərdə tutulub. “2M” ilə əməkdaşlıq bu il aprelin 1-də başa çatır.