ABŞ donanması “Saildrone” insansız dəniz platformalarını istifadəyə verib

232

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı (NAVCENT) Ərəbistan körfəzində “Saildrone Explorer” insansız dəniz platformalarını istifadə etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə NAVCENT-in mətbuat xidməti məlumat yayıb.

NAVCENT bundan əvvəl platformaları Əqabə körfəzində istifadə edib. Bu dəfəki əməliyyat Bəhreyn sahillərində baş tutub.

Dekabrın 12-də Əqabə körfəzində buraxılan “Saildrone” dinamik dəniz mühitində 30 gündən çox fasiləsiz olaraq uğurla fəaliyyət göstərib.

“Saildrone Explorer” hərəkət üçün külək enerjisindən asılıdır. Gəmidə ətraf dənizlərin ümumi təsvirini yaratmaq üçün günəş enerjisi ilə işləyən sensorlar paketi var.